ABŞ sursat istehsalını üç dəfə artıracaq

ABŞ hərbi-sənaye kompleksi yaxın illərdə sursat istehsalını üç dəfə artırmağı, o cümlədən onu Ukraynaya tədarük etməyi planlaşdırır...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunuABŞ dövlət katibinin silahlara nəzarət üzrə müavini Bonni Cenkins bildirib.

Cenkins, Vaşinqtonda NATO sammitinə həsr olunmuş ABŞ Ticarət Palatasının tədbirində çıxışı zamanı vurğulayıb ki, cəmi bir neçə ildən sonra ölkədə sursat istehsalı üç dəfə artacaq. Rəsmi qeyd edib ki, bu raketlər Amerikanın hərbi ehtiyatlarını artıracaq, Şimali Atlantika Alyansının çəkindirici mövqeyini gücləndirəcək və Kiyevə Rusiyanı məğlub etməyə kömək edəcək.

Poliqon.info