Orban Kiyevə raket hücumunu danışıqlara ehtiyacın göstəricisi hesab edib

Daha əvvəl “sülh missiyası” çərçivəsində Rusiya və Ukraynaya səfər edən Macarıstanın baş naziri Viktor Orban qeyd edib ki, Kiyevə raket hücumu sülh danışıqlarına başlamağın vacibliyini vurğulayır...

Poliqon xəbər verir ki, Macarıstanın baş naziri bu barədə o, öz Facebook səhifəsində yazıb.

Mesajında Macarıstan lideri Ukraynada münaqişənin mümkün gərginləşməsindən ehtiyatlandığını bildirib və sülhməramlı missiyasına doqquz gün əvvəl başladığını qeyd edib.

Orban Ukrayna prezidenti Vladimir Zelenskini danışıqlara başlamaq üçün atəşkəs imkanını nəzərdən keçirməyə çağırıb. O, bəyanatında vurğulayıb ki, dünya gücləri münaqişənin dialoq yolu ilə həlli lehinə təxribat xarakterli siyasətdən əl çəkməlidir.

“Müharibədən artan əzab dünya güclərini atəşkəsə nail olmaq və Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına başlamaq üçün sülh siyasətindən istifadə etməyə təşviq etməlidir”, deyə Orban sosial mediada yazıb.

Macarıstanın baş naziri mesajında Kiyevdəki uşaq xəstəxanasına hücum mövzusuna toxunmayıb.

Poliqon.info