BƏƏ Rusiya neft məhsullarının alışını əhəmiyyətli dərəcədə artırıb

Birləşmiş Ərəb Əmirlikləri 2023-cü ildə Rusiyadan neft məhsullarının idxalını dörd dəfə artırıb...

Poliqon xəbər verir ki. bu barədə “RİA Novosti” Agentliyi BƏƏ-nin İqtisadiyyat Nazirliyinə istinadən məlumat yayıb.

2023-cü ildə BƏƏ-nin Rusiyadan aldığı neft məhsullarının həcmi iki ölkə arasında ticarətin bütün dövrü üçün maksimum həddə çatıb və 2022-ci ildəki 237,8 milyon dollara qarşı 971,4 milyon dollar təşkil edib.

Bundan əlavə, BƏƏ Rusiya kömürünün idxalını da 1,7 dəfə artlraraq 75,3 milyon dollara çatdırıb.

Xəbərdə qeyd edilir ki, ötən il Rusiya ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsi 3,5% artaraq rekord həddə - 11,2 milyard dollara çatıb.

Həmçinin ruslar 2024-cü ilin birinci yarısında Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlakın ilk 3 alıcısı sırasındadırlar.

Poliqon.info