Macarıstan NATO sammitində Ukraynada atəşkəs üçün çalışacaq

Siyyarto bildirib ki, münaqişə döyüş meydanında heç bir həllə gətirib çıxarmayacaq...

Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyyarto ölkəsinin Vaşinqtonda keçiriləcək NATO sammitində Ukraynada atəşkəs və vəziyyətin həlli üçün danışıqlara başlanması çağırışı ilə çıxış etmək niyyətini açıqlayıb.

Poliqon xəbər verir ki. bu barədə TASS Agentliyinin məlumatında bildirilir.

“Macarıstanın mövqeyi aydındır: bu müharibə döyüş meydanında heç bir həll yolu ilə nəticələnməyəcək, bunun əvəzinə danışıqlar və diplomatik nizamlama lazımdır və biz üç gün ərzində NATO sammitində bu mövqeyi təqdim edəcəyik”, deyə macar nazir bildirib.

Qeyd edək ki, Peter Siyyarto baş nazir Viktor Orbanı NATO sammitində müşayiət edir.

Xatırladaq ki, Macarıstan hökumətinin başçısı daha əvvəl “sülh missiyası” çərçivəsində Kiyev, Moskva və Pekinə səfər edib. Rusiya və Ukrayna liderləri ilə danışıqlardan sonra Viktor Orban bildirib ki, “növbəti iki-üç ay düşündüyümüzdən qat-qat qəddar olacaq”.

Poliqon.info