Ər-Riyadın təhdidi: Rusiyanın aktivləri müsadirə olunarsa, avrobondları satacaq...

Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi Qərbin Rusiya aktivlərini müsadirə etmək cəhdləri ilə razılaşmadığını bildirib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat yayıb. Agentlik yazır ki, Səudiyyə Ərəbistanı G7 ölkələrinə Rusiyanın təxminən 300 milyard avro dəyərində dondurulmuş aktivlərini müsadirə etməyə çalışsalar, onların nəticələri barədə xəbərdarlıq edib. Qərbin hərəkətlərinə cavab olaraq Ər-Riyad Avropa dövlət istiqrazlarının bir hissəsini satmaq imkanını nəzərdən keçirir.

Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinin dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ideyası ilə razılaşmadığını özəl şəkildə ifadə etdiyi vurğulanır. Bloomberg mənbələrinə görə, Ər-Riyad Fransa Xəzinədarlığı tərəfindən verilən borcların satışını istisna etməyib. Agentlik krallığın xəbərdarlığını “örtülü təhlükə” adlandırıb.

Poliqon.info