Yaponiyada sanksiyalardan yayınmaqda şübhəli bilinən rusiyalı həbs edilib

Osaka şəhərində Rusiyaya qarşı sanksiyalardan yayınaraq Yaponiyadan reaktiv xizəklər gətirməkdə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın Osakadakı Baş Konsulluğundan TASS Agentliyinə bildiriblər. Qeyd edilir ki, bu, sanksiyalardan yayınma ilə əlaqədar Yaponiyada saxlanılan rusiyalının ilk məlum hadisəsidir.

“Polis bizimlə əlaqə saxlayıb, Rusiya vətəndaşının saxlanılması barədə məlumat verdi. Biz bu məsələ ilə bağlı onlarla əlaqə saxlayırıq və saxlanılma ilə bağlı təfərrüatları öyrənirik”, deə Rusiyanın Osakadakı Baş Konsulluğundan bildiriblər.

“Nikkei” nəşrinin məlumatına görə, saxlanılan şəxs 38 yaşlı Rusiya vətəndaşıdır, Osakada ofisi olan “Astrade” ticarət şirkətinin nümayəndəsidir.

2023-cü ilin yanvar ayında iş materiallarında göstərilir ki, o, sanksiyalardan yayınmaq üçün reaktiv xizəklər, gəmi mühərrikləri ixrac edib.

“Ümumilikdə söhbət təxminən 42 milyon yen (təxminən 260 min dollar) dəyərində mallardan gedir”, deyə NHK yazır.

“Astrade” ticarət şirkətinin Osakadakı ofisində axtarış aparılıb.

Poliqon.info