Ermənistanda hakim partiyanın ofisi yaxınlığında atışma olub, bir nəfər yaralanıb

Ermənistanda hakim "Vətəndaş müqaviləsi" partiyasının ofisi yaxınlığında atışma olub, bir nəfər yaralanıb...

“Report” bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, atəş açan şəxs 26 yaşlı iş adamı olub. Güllə yarası alan isə 27 yaşlı İrəvan sakinidir.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info