Azərbaycanın iki rayonunda internetin işində yaranan problem həll olunub - Yenilənib

Biləsuvar və Cəlilabad rayonları ərazisində internetin işində yaranan problem həll olunub...

Bu barədə "Report"un Muğan bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq internetdən normal istifadə etmək mümkündür.

Qeyd edək ki, bu gün hər iki rayon ərazisində 8 saat ərzində internetdən istifadə etmək çətinləşib.

***

Biləsuvar və Cəlilabad rayonları ərazisində internetin işində problem yaranıb.

Bu barədə "Report"un Muğan bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq 7 saata yaxındır ki, internetdən istifadə etmək çətinləşib.

Müvafiq qurumlar tərəfindən problemin həlli istiqamətində iş aparılır.

Poliqon.info