Minlərlə yük maşını Rusiya və Gürcüstan sərhədini keçmək üçün gözləyir

Rusiya tərəfində Şimali Osetiyada Yuxarı Lars keçid məntəqəsində minlərlə yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir...

Bu barədə Respublika Nəqliyyatı İdarəetmə Mərkəzinin saytında məlumat verilib.

Belə ki, çərşənbə axşamına olan məlumata görə, gediş-gəliş üçün elektron növbəyə ümumilikdə 3196 ağır yük avtomobili qeydə alınıb.

Şimali Osetiya rəhbəri Sergey Menyaylonun daha əvvəl verdiyi məlumata görə, tranzit avtomobillərin dövlət sərhədində toplanması ilə əlaqədar respublikada yüksək hazırlıq rejimi tətbiq edilib. Onun bir hissəsi olaraq, dayanacaqlar mövcud olana qədər yük maşınlarının bölgəyə girişi məhdudlaşdırılıb.

Gürcüstan Hərbi Yolu yüksək dağlıq ərazilərdən keçir və hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

Poliqon.info