Kremldə Putinlə Hindistan Baş naziri arasında görüş başlayıb

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Hindistan Baş naziri Narendra Modi arasında görüş başlayıb...

APA-nın Moskva müxbiri xəbər verir ki, Putin-Modi ikitərəfli danışıqları Kremldə keçirilir.

Görüşün protokol hissəsində Rusiya Prezidenti ilk olaraq iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb.

Putin Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etmək cəhdləri də daxil olmaqla, aktual məsələlərə diqqətinə görə Modiyə təşəkkür edib.

Rusiya lideri Modini payızda Kazanda keçiriləcək BRİCS sammitinə dəvət edib.

Poliqon.info