Qazaxda dava: Dayısını boğazından bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib...

Lent.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 18 yaşlı Hümbət Məmmədov yaşadığı evdə dayısı, 1977-ci il təvəllüdlü Ramin Ömərovu bıçaqlayıb.

Boğazından və qolundan bıçaq xəsarətləri alan Ramin Ömərov xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Hümbət Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info