Gürcüstanın Aİ-yə inteqrasiyası prosesi dayandırılıb

Avropa İttifaqının səfiri Pavel Qerçinski bildirib ki, "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul edən Gürcüstan hakimiyyətinin hazırkı ritorikası anti-Qərb və anti-Avropa xarakteri daşıyır...

Poliqon bu barədə "RİA Novosti" Agentliyinə istinadən xəbər verir.

"Avropa İttifaqına daxil olmaq kimi elan edilmiş məqsədlə tamamilə uyğun gəlmir", deyə səfir bildirib.

Bununla əlaqədar olaraq Qerçinski ölkənin Aİ-yə inteqrasiya prosesinin dayandırıldığını elan edib. Gürcüstan Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro dondurulub.

"Təəssüf ki, Gürcüstanın Avropa İttifaqına qəbulu hazırda dayandırılıb. Bu, həqiqətən də kədərlidir", deyil səfir jurnalistlərə bildirib.

Poliqon.info