BMT və Aİ Rusiyanın Kiyevdəki uşaq xəstəxanasına raket hücumunu pisləyib

BMT və Avropa Birliyi bazar ertəsi, iyulun 8-də Rusiyanın Ukraynaya, o cümlədən Kiyevdəki “Oxmatdıt” uşaq xəstəxanasına silsilə raket hücumlarını kəskin şəkildə pisləyib...

Poliqon xəbər verir ki. bu barədə “Evropeyskie pravda” portalı məlumat yayıb.

“Ukraynada həftə Rusiya silahlı qüvvələrinin növbəti ölümcül zərbə dalğası ilə başlayıb. Bu müharibədə uşaqların ölməsi, yaralanması ağlasığmazdır. Xəstəxanalar beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi mühafizəyə malikdir. Mülki əhali qorunmalıdır”, deyə BMT-nin Ukraynadakı humanitar koordinatoru Denis Braun portala bildirib.

“Rusiya Ukraynanın dinc sakinlərinə amansızcasına hücum etməkdə davam edir. Bugünkü hava hücumları nəticəsində onlarla insan həlak olub və yaralanıb, Kiyevin ən böyük uşaq xəstəxanası olan “Oxmatdıt” xəstəxanası dağıdılıb. Ukraynanın indi hava hücumundan müdafiəsinə ehtiyacı var. Rusiyanın hərbi cinayətlərinə görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb olunacaq”, deyə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell sosial şəbəkədəki səhifəsində yazıb.

Poliqon.info