NATO sammitinin bəyannamə layihəsinin təfərrüatları açıqlanıb

Vaşinqtonda keçiriləcək NATO sammitində Ukraynanın NATO-ya daxil olması geri dönməz status adlandırılacaq...

İyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitin bəyannaməsində Ukraynanın NATO-ya daxil olması geri dönməz status adlandırılacaq.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı bəyyanamə layihəsi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Telekanal qeyd edir ki, bəyannamə layihəsi yekun variant qəbul olunana qədər dəyişə bilər.

“Əgər sənəd Ukraynanın demokratik islahatlar üzrə işinin davam etməli olduğunu təsdiqləyirsə, Ağ Ev yekun bəyannamədə bu terminin (geri dönməz) istifadəsini dəstəkləyir”, deyə adının açıqlanmayan amerikalı rəsmisi bildirib.

Mənbə əlavə edib ki, Şimali Atlantika Alyansının sammitindən sonra sənədin yekun variantında bu ifadə yer alacaq.

Qeyd edək ki, hərbi blokun baş katibi Yens Stoltenberq bildirib ki, NATO sammitində qəbul ediləcək Ukraynaya dəstəyin gücləndirilməsi qərarı Şimali Atlantika Alyansını münaqişənin bir hissəsinə çevirməyəcək.

Poliqon.info