Rusiyanın 2 hava limanı dron hücumu səbəbindən bağlanıb

Rusiyanın Volqoqrad və Həştərxan hava limanları dron hücumu səbəbindən bağlanıb...

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Shot" məlumat yayıb.

Bildirilib ki, hava limanlarında uçuşlar müvəqqəti olaraq qəbul edilmir və göndərilmir.

Nəşr daha əvvəl Həştərxan vilayətinin şimalında beş PUA-nın məhv edildiyini yazıb.

Volqoqrad vilayətində isə Ukrayna PUA-ları Frolovo şəhərindəki yarımstansiyaya və Kalaçe-on-Dondakı neft bazasına hücum edib. Neft bazasına hücum anı videoya düşüb.

Poliqon.info