İsrailin Türkiyədə turizm dövriyyəsi 94% azalıb

Ötən il oktyabrın 7-dən etibarən İsrail turizminin Türkiyədə dövriyyəsi 94% azalıb...

Poliqon xəbər verir ki, bu barədə “Today in Israel” portalı məlumat yayıb.

Müharibə zamanı Türkiyənin İsrailə və xüsusilə Türkiyə Prezidenti Ərdoğana münasibətinin dəyişməsi turizmə təsir edib. Portal yazır ki, İsrail xarici turizminin əhəmiyyətli bir hissəsini təşkil edən Türkiyəyə səfərlər və turlar kəskin azalıb.

Xəbərdə qeyd edilir ki, oktyabrın 7-dən etibarən iki ölkə arasında bütün birbaşa uçuşlar da dayandırılıb.

Poliqon.info