Dövlət Departamenti Modinin Rusiyaya səfəri ilə bağlı Hindistana müraciət edib

Dövlət Departamenti: Hindistan Rusiyaya Ukraynanın suverenliyinə hörmət etməsinin vacibliyini qeyd etməlidir...

Poliqon xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Baş nazir Narendra Modinin Moskvaya səfəri münasibətilə Hindistana müraciət edib və Rusiya ilə bütün təmasları Ukraynanın suverenliyinə hörmət edilməsinin vacibliyini qeyd etməyə çağırıb.

“Biz hər bir ölkə kimi Hindistanı Rusiya ilə təmaslar zamanı Ukraynadakı münaqişənin həllinin BMT Nizamnaməsinə, Ukraynanın ərazi bütövlüyünə və Ukraynanın suverenliyinə uyğun həyata keçirilməli olduğunu açıq şəkildə bildirməyə çağırırıq”, deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Miller həmçinin qeyd edib ki, Hindistan ABŞ-ın strateji tərəfdaşıdır və onunla, o cümlədən Vaşinqtonun Moskva ilə təmaslarla bağlı tam və səmimi dialoq aparılır.

Qeyd edək ki, iyulun 8-də Rusiya prezidenti Vladimir Putin və Modi Novo-Oqarevoda qeyri-rəsmi danışıqlar aparıb, iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.

Poliqon.info