ŞƏT milli valyutalarda qarşılıqlı hesablaşmalar sisteminin yaradılmasını müzakirə edir

ŞƏT baş katibinin müavini: Təşkilat ölkələri öz milli valyutalarından istifadə etməyə çalışırlar...

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələr milli valyutalarda qarşılıqlı hesablaşmalara imkan verən sistemin yaradılması üzərində işləyirlər.

Poliqon xəbər verir ki, bu, iyulun 9-da ŞƏT baş katibinin müavini Ceyniş Keyn bəyanat verib.

“Bu, bizim təşkilat üçün çox aktual məsələdir, ŞƏT ölkələri öz milli valyutalarından ticarət və investisiya məqsədləri üçün istifadə etməyə çalışırlar”, deyə Ceyniş Keyn “İzvestiya” qəzetinə müsahibəsində vurğulayıb.

Keynin sözlərinə görə, hazırda təklif olunan infrastrukturun uğurla həyata keçirilməsi üçün həll edilməli olan aşkar olmayan hüquqi nüanslar var. ŞƏT baş katibinin müavini qeyd edib ki, sistemin tətbiqi onun hər birinin özünəməxsus xüsusiyyətləri olan 10 ölkədə tətbiqini nəzərdə tutur.

Keyn təşkilatın mürəkkəbliyinə və həcminə baxmayaraq, yaranmış bütün məsələləri uğurla həll edə biləcəyinə əminliyini ifadə edib.

Poliqon.info