Rusiyanın cənubunda elektrik enerjisi böhranı yaşanır...

İstilik və texniki avadanlıq çatışmamazlığı Rusiyanın cənubunda enerji böhranına səbəb olub...

Poliqon xəbər verir ki, vu barədə “Kommersant” nəşri yazıb.

Şəbəkənin həddindən artıq yüklənməsinin qarşısını almaq üçün dispetçerlər Rostov vilayətində və Kubanda elektrik enerjisinin müvəqqəti kəsilməsini tətbiq edirlər. Ölkənin cənubunda elektrik enerjisinin topdansatış qiymətləri yüksək tələbat səbəbindən iki dəfə bahalaşıb.

Nəşr yazır ki, Energetika Nazirliyi istehlakçılar üçün mənfi nəticələrin minimuma endirilməsi üçün elektrik stansiyalarında təmirin başa çatdırılmasına nəzarət edəcəyini vəd edir.

Qeyd edilir ki, Sistem Operatoru şəbəkənin həddindən artıq yüklənməsinin qarşısını almaq üçün Rusiyanın cənubunda elektrik enerjisinin müvəqqəti kəsilməsi qrafiklərini tətbiq etməyə başlayıb.

“Rosseti Yug” şirkəti elektrik enerjisi çatışmazlığını aradan qaldırdıqdan sonra enerji təchizatını bərpa edəcəyini bildirib. Kesintilərə səbəb yüksək temperatur səbəbindən elektrik enerjisi istehlakının artması olub.

Dispetçerlər qeyd ediblər ki, Rusiyanın cənubunda havanın temperaturu artı 39°C-ə çatıb və elektrik enerjisi istehlakı ötən illə müqayisədə 4,5% artıb.

Poliqon.info