Bayden Zelenski ilə görüşəcək və Ukraynanın müdafiəsini müzakirə edəcək

ABŞ prezidenti həmkarı ilə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcək tədbirləri müzakirə edəcək...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu həftə Bayden ABŞ və NATO-dan Ukraynaya qəti dəstəyini bəyan etmək niyyətindədir. Qeyd ediloir ki, Vaşinqtonda keçiriləcək sammit zamanı NATO ölkələri bir sıra bəyanatlarla çıxış edəcəklər.

“Bu həftə Vaşinqtonda prezident Zelenskini və NATO liderlərini qəbul edəcəyəm və Ukraynaya güclü dəstəyimizi bəyan etmək üçün Zelenski ilə görüşəcəyəm”, deyə Ağ Evin rəhbəri bildirib.

Bayden vurğulayıb ki, ABŞ və onun Şimali Atlantika Alyansı daxilindəki müttəfiqləri sammitin yekunlarına əsasən Kiyevə dəstək üçün yeni tədbirləri elan etmək niyyətindədirlər. Bu tədbirlər əsasən Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə aiddir. Amerika lideri əmin olduğunu bildirib ki, bu addımlar Ukrayna ərazilərini Rusiyanın hücumlarından qoruyacaq.

Poliqon.info