"YouTube"da ən çox dinlənilən mahnılar hansılardır?

Xalq artisti Aygün Kazımovanın yeni mahnısı "YouTube" platformasına üç gündür yerləşdirilməsinə baxmayaraq, ən çox dinlənilənlər sırasındadır...

Poliqon xəbər verir ki, bu səbəbdən Oxu.Az-ın əməkdaşı 2024-ci ilin ilk yarısının ən çox dinlənilən müğənniləri və mahnıları ilə bağlı araşdırma aparıb.

"YouTube" platformasında ən çox dinlənilən mahnıların siyahısını təqdim edirik:

Azərbaycanda ən çox izlənən yerli ifaçıların sıralamasında Aygün Kazımovanın ifa etdiyi "S.O.S" mahnısı ilk pillədədir. Mahnı üç gündür ki, "YouTube" platformasına yerləşdirilib. Buna baxmayaraq, izlənmə rekordu qırıb.

Şəbnəm Tovuzlunun "Həsrət Qalasan", türk sənətçi Ahmet Can Dündarın "Onsuz Aşk", Nuranın "Çağır məni", Rubail Əzimovun "Yalan Dünya", Amil Qocayevin "Məsələm", Vəfa Şərifova və Nəfəsin duet şəklində ifa etdiyi "Getdi", Yeganə Mürsəlovanın "Unutdu", Aqşin Fateh və Nəfəsin "Mələksənmi", Nəfəsin "Aycan" mahnısı ən çox dinlənilən mahnıların ilk onluğuna daxildir.

Poliqon.info