Aysel Teymurzadə boşanır - İddia

Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin həyat yoldaşı müğənni Aysel Teymurzadə ilə boşandığı barədə xəbər yayılıb...

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Aysel Teymurzadənin boşanma ərizəsi ilə mediasiyaya müraciət etdiyi iddia olunur.

Məlumata görə, bir neçə müddətdir ki, Aysel Teymurzadə Murad Adıgözəlzadə ilə ayrı yaşayır.

Məsələ ilə bağlı Murad Adıgözəlzadə telefon zənglərinə cavab verməyib, Aysel Teymurzadə isə suala cavab verməkdən imtina edərək dəstəyi asıb.

Poliqon.info