Macarıstan təklif etdiyi Rusiya-Ukrayna sülh planı varmı?

Orbanın ofisinin rəhbəri: Münaqişə tərəfləri özləri Ukraynada sülh planı yaratmalıdırlar...

Atəşkəsi qətiyyətlə müdafiə edən Macarıstanın özünün hazırda belə bir planı yoxdur.

Poliqon xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orbanın ofisinin rəhbəri Qergeli Qulyas hökumət brifinqində bildirib. Macar rəsmi qeyd edib ki, Ukraynada sülh planını münaqişə tərəfləri yaratmalıdır.

“Bizim konkret sülh planımız yoxdur, biz əminik ki, onu yalnız münaqişə tərəfləri ilə birlikdə hazırlamaq olar, lakin biz həm də əminik ki, dialoq atəşkəs tələb edir, çünki atəşkəs olmadan effektiv danışıqlar aparmaq qeyri-realdır”, deyə Qulyas brifinqində bildirib.

Xatırladaq ki, iyulun 2-də Macarıstanın baş naziri Kiyevə səfər edib və Ukrayna prezidenti Vladimir Zelenski ilə münaqişənin həlli planını müzakirə edib. O, münaqişənin Rusiya ilə sülh danışıqlarına başlamazdan əvvəl dayandırılmasının mümkünlüyünü təklif edib.

İyulun 5-də Orban Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya rəsmi səfərə gəlib. İulun 8-də isə Macarıstanın baş naziri Pekinə uçub.

Poliqon.info