Baydendən müsahibə alan jurnalist işdən çıxarıldı

Amerikanın WURD radiostansiyası bu yaxınlarda prezident Co Baydenlə Ağ Ev tərəfindən hazırlanan suallarla müsahibə alan aparıcını işdən çıxarıb...

Poliqon xəbər verir ki, bu barədə radiostansiyanın saytında məlumat verilib.

WURD bəyanatında qeyd edib ki, dövlət başçısı ilə jurnalist Andrea Loful-Sandersin apardığı müsahibədə Ağ Ev tərəfindən əvvəlcədən müəyyən edilmiş suallar yer alıb. Bu, radiostansiyanın müstəqil qalmaq və yalnız dinləyiciləri qarşısında hesabat vermək prinsipinə ziddir.

Qeyd edilib ki, Lavful-Sanders bu müsahibəni özü təşkil edib və WURD rəhbərliyinə məlumat verməyib. Radiostansiya onun ABŞ administrasiyası üçün rupor olmadığını vurğulayıb.

Müvafiq olaraq, aparıcı və WURD dərhal qüvvəyə minən qarşılıqlı razılaşma əsasında onun işinə xitam vermək barədə razılığa gəliblər.

Bundan əvvəl Bayden WURD radiostansiyasına verdiyi müsahibədə demişdi ki, onun siyasətinin nəticələri keçmiş prezident Donald Trampla 90 dəqiqəlik teledebatlarla qiymətləndirilməməlidir. Ağ Evin rəhbəri debatda zəif çıxış etdiyini etiraf edib, lakin bu, onun ABŞ prezidenti kimi nailiyyətlərini inkar etmir.

Poliqon.info