Orban Pekindən sonra Vaşinqtona uçacağını bildirib

Macarıstanın baş naziri Viktor Orban ABŞ paytaxtına uçduğunu bildirib...

Poliqon xəbər verir ki, baş nazir bu barədə İnstaqram səhifəsində məlumat verib.

Qeyd edək ki, ötən həftə o, Kiyev, Moskva və Azərbaycanda, bu gün isə Pekində olub.

“Növbəti stansiya Vaşinqtondur”, deyə Orban İnstaqramda yazıb. Orban ABŞ səfərinin təfərrüatları ilə bağlı heç bir məlumat verməyib. Güman edilir ki, Macarıstanın baş naziri ABŞ-da Donald Trampla görüşəcək.

Xatırladaq ki, Macarıstanın baş naziri Rusiya və Ukraynaya səfərləri zamanı prezidentlər Vladimir Putin və Vladimir Zelenski ilə münaqişənin həllini müzakirə edib. Azərbaycanda isə Türk Dövlətləri Təşkilatının sammitində iştirak edib.

Avropa İttifaqının rəhbərliyi Orbanın qastrol səfərini tənqid edib.

Poliqon.info