Stoltenberq: NATO Baydenlə bağlı müzakirələrdə iştirak etməməlidir...

Yens Stoltenberq Baydenin vəzifəsinə uyğunluğu ilə bağlı suala cavab vermək istəməyib...

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ prezidenti Co Baydenin vəzifəyə yararlılığı ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

“Məncə, NATO-nun bu kimi daxili müzakirələrdən uzaq durması vacibdir”, deyə Alyansın baş katibi Baydenin işinə uyğunluğu ilə bağlı sualın cavabında qeyd edib.

Baş katib bu cür müzakirələri Birləşmiş Ştatlar üçün vacib adlandırıb, lakin qeyd edib ki, “NATO bu müzakirələrdə iştirak etməməlidir”.

Bir müddət əvvəl Amerika lideri bildirib ki, o, prezidentlik yarışından yalnız “Allah göydən enərsə” və ondan bunu istəyərsə, geri çəkiləcək.

Poliqon.info