Kim Çen Inın bacısı Cənubi Koreya prezidentinin ölkəni ölümə məhkum etdiyini bildirib

Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çjon Cənubi Koreyanı hərbi təlimlər keçirməsinə görə tənqid edib...

Poliqon xəbər verir ki, Kim Yo Çjon bəyanatında bildirilir ki, Seul hakimiyyəti cənubi koreyalıları məhvə aparır.

“Koreyalararası münasibətlərin əvvəlki illərində təhlükəsizlik vəziyyəti heç vaxt indiki kimi ən pis səviyyədə olmayıb. İndi hər kəs vətəndaşlar tərəfindən seçilən qondarma prezidentin Koreya Respublikasını məhvə məhkum etməsi faktını qəbul etməli olacaq”,deyə Kim Çen Inın bacısının bəyanatında deyilir.

Kim Yo Çjon deyib ki, Seul vəziyyəti gərginləşdirməyə yönəlmiş “Şimali Koreyanın qapıları qarşısında” təxribat xarakterli hərəkətlər həyata keçirir. Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini qeyd edib ki, Cənubi Koreya liderinin impiçmenti tələbi ilə petisiyaya 1 milyondan çox imza atılıb.

KXDR liderinin bacısı söz verib ki, suverenliyi pozmaq və ya müharibə elan etmək cəhdi olarsa, Şimali Koreya ordusu dərhal öz missiyasını və tapşırıqlarını yerinə yetirməyə başlayacaq.

Poliqon.info