ABŞ qoşunlarını Nigerin paytaxtından çıxarıb

Amerika qoşunları Nigerin paytaxtı Niameydəki bazasından çıxarılmasını başa çatdırıb...

 

 

Sentyabrın 15-dək isə ABŞ qüvvələri ölkənin şimalındakı Aqadez şəhərindən çıxarmalıdır.

Poliqon xəbər verir ki, bu barədə France Presse Agentliyi məlumat yayıb. AFP-nin məlumatına görə, Nigerdə 950-yə yaxın amerikalı hərbçi olub, onlardan 766-sı ölkəni tərk edib.

“Niger Respublikasının Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi elan edir ki, ABŞ qüvvələri və texnikası Niameydəki 101-ci aviabazadan çıxarılıb”, deyə xəbərdə bildirilir

AFP-nin xəbərində qeyd edilir ki, bazada keçirilən mərasimdə Niger ordusunun baş qərargah rəisi Maman Sani Kiau və amerikalı general Kennet Ekman iştirak ediblər.

Xatırladaq ki, mart ayında Niger hökuməti ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv edib. Aprel ayında 100 rus hərbi təlimatçısı Nigerə gəlib. May ayında Nigerin paytaxtında Rusiya bayrağı qaldırılıb.

Həmin ay Rusiya hərbi mütəxəssisləri ABŞ-ın Nigerdəki bazasına daxil olub, Rusiyadan da hərbi texnika bu ölkəyə gətirilib.

Poliqon.info