Modi Moskvaya səfəri öncəsi Putini dostu adlandırıb

Hindistanın baş naziri Narendra Modi Moskvaya səfəri ərəfəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü səbirsizliklə gözlədiyini bildirib və onu dostu adlandırıb...

Poliqon xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb. Qəzetin yaydığı Modinin bəyanatında deyilir:

“Mən dostum prezident Vladimir Putinlə ikitərəfli əməkdaşlığın bütün aspektlərini nəzərdən keçirməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, bu gün Hindistanın baş nazirinin Rusiyaya səfəri baş tutacaq və səfər iki gün davam edəcək.

Kremldən bildirilib ki, tərəflər ikitərəfli münasibətlərin gələcək inkişafı və beynəlxalq və regional gündəlikdəki aktual məsələləri müzakirə etmək niyyətindədirlər.

Poliqon.info