Si Tsinpin və Viktor Orban Pekində görüşüblər

Pekində Çin sədri Si Tsinpin və Macarıstanın baş naziri Viktor Orban arasında görüş keçirilib...

Poliqon xəbər verir ki, bu barədə Çinin “Sinhua” Agentliyi məlumat yayıb. Görüşün təfərrüatları ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, Orban Çinə iyulun 8-də səhər gəlib. O, səfərinin məqsədini Ukraynada sülh əldə etmək niyyəti ilə əlaqələndirb və Çin səfərini “sülh missiyası 3.0” adlandırıb.

Xatırlaqdaq ki, iyulun 1-də Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyinin başlaması ilə Viktor Orban Kiyev, Moskva və Azərbaycana səfər edib. Orban Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə münaqişənin həllini müzakirə edib, Türk Dövlətləri Təşkilatının Azərbaycanda keçirilən sammitində iştirak edib.

Aİ rəhbərliyi bu səfərlərə görə Macarıstanın baş nazirini tənqid edib. Avropa liderlərindən yalnız Slovakiyanın Baş naziri Robert Fiko açıq şəkildə Orbanı dəstəkləyib.

Poliqon.info