Antalyada meşə yanğını başlayıb

Antalyada meşə yanğını başlayıb...

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Aksu rayonunda Murtuna məhəlləsi yaxınlarında çıxan yanğının səbəbi bilinmir.

Küləyin təsiri ilə yanğın qısa müddətdə tarlalara, meyvə bağlarına və bölgədəki meşəyə yayılıb.

Yanğına 3 helikopter, 2 təyyarə, 4 yanğınsöndürmə maşını ilə müdaxilə edilir.

İlkin məlumata görə, 2 prefabrik evə, 8 tarlaya, bəzı zeytin və üzüm bağlarına ziyan dəyib.

Yanğınsöndürənlər yanğının nəzarət altına alınmasına çalışırlar.

Poliqon.info