Qarpızın saymaqla bitməyən faydaları

Yay mövsümünün ən sevimli meyvələrindən olan qarpızın faydalarını bilirsinizmi?..

Sözügedən meyvənin saymaqla bitməyən faydalarından bəzilərini diqqətinizə çatdırırıq:

1. Qarpızın tərkibində A, C və B1 vitaminləri var. Kalium baxımından zəngindir. Bundan başqa, tərkibinə üzvi turşular, təbii şəkər və antioksidanlar daxildir.

2. Qarpızda C vitamini, likopen, beta-karoten, lutein, zeaksantin və kriptoksantin kimi antioksidanlar olduğu üçün yaşlanma və digər xəstəliklərin qarşısını almaqda əhəmiyyətli bir qoruyucudur.

3. Yayda susuzluğu aradan qaldırmaq üçün mükəmməl bir meyvədir.

4. Sidik qovucudur. Bədənin zərərli toksinlərini çölə atmağa kömək edir. Qaraciyəri təmizləyir, böyrək funksiyalarını tənzimləyər.

5. Qarpız B6 və B1 vitaminləri və təbii enerji gücləndiricilərinə malikdir. Maqnezium və kalium kimi mineralların zəngin mənbəyidir.

6. Bu meyvənin immunitet sistemini gücləndirmək üçün mükəmməl bir qabiliyyəti var.

7. Göz sağlamlığı üçün çox əhəmiyyətlidir.

8. İçində olan amin turşusu, maqnezium qan təzyiqini tarazlıqda saxlayar. Təzyiqi nizamlayır və ürək problemlərinə qarşı mübarizə aparır. (oxu.az)

Poliqon.info