Qrossmeyster oyun zamanı öldü

Banqladeşli qrossmeyster Ziaur Rəhman oyun zamanı dünyasını dəyişib...

Poliqon "report"a istinadən bildirir ki, bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb.

50 yaşlı şahmatçı iyulun 5-də Dəkkədə keçirilən ölkə çempionatının XII turunda Enamul Hossain Rajib ilə oyun zamanı infarkt keçirib. Ürəyi dayanan Z.Rəhman xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Banqladeşin ən çox medal qazanan şahmatçısının həyat yoldaşı və bir oğlu qalıb.

Poliqon.info