Şərurda yeddi yaşlı uşaq hovuzda boğulub
Şərur rayonunda bədbəxt hadisə baş verib, yeddi yaşlı uşaq hovuzda boğulub...
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Şərur rayonunun Aşağı Yaycı kəndində olub.
Kənd sakini, 2017-ci il təvəllüdlü Fərzəliyev İbrahim Nofəl oğlu ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info