Lənkəranda ağır yol qəzası olub, yaralılar var - Yenilənib

Lənkəran rayonunda baş verən ağır yol qəzasında bir neçə nəfər yaralanıb...

Lənkəranda baş verən qəzada 4 nəfər xəsarət alıb. Yaralılardan biri reanimasiya şöbəsinə yerləşdirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, günorta saatlarında Lənkəran rayonunun Liman şəhərində baş verən qəzada 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar Masallı rayon Gəyəçöl kənd sakinləri 2003-cü il təvəllüdlü Məmmədəli Bahadır oğlu Nəsirov, 1984-cü il təvəllüdlü Aslan Məhərrəm oğlu Abdullayev, 1995-ci il təvəllüdlü Elton İdrak oğlu Nəsirov və Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Emin Əlişan oğlu Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Məmmədəli Nəsirov qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Digər xəsarət alanların müalicələri xəstəxanada davam etdirilir.

***

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.

Belə ki, "Azsamand" və "Volkswagen" markalı avtomobillər toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

##galery##

Poliqon.info