Qusarda 5 otaqlı ev yanıb

Rayonun Şirvanovka kəndində yanğın hadisəsi qeydə alınıb.
Pia.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərə verir ki, Qusar rayonu, Şirvanovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 5 otaqlı evin 2 otağının tavanı  və dam örtüyünün yanar konstruksiyaları 32 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından  mühafizə olunub. Yanğın saat 19:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.