Ərdoğan Rusiyada Bəşər Əsədlə görüşəcək?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi onun sentyabrda suriyalı həmkarı Bəşər Əsədlə Rusiya Federasiyasında görüşmək planının olub-olmadığını bilmir

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" Ərdoğanın ofisinə istinadən məlumat yayıb.

"Bizdə belə bir məlumat yoxdur", deyə dövlət başçısının kabineti bildirib.

Qeyd edək ki, bu barədə ilk xəbəri "Türkiyə" qəzeti yazıb. Nəşr qeyd edib ki, Ərdoğan və Əsəd Rusiyada görüşəcək. Məlumata görə, görüş payızın əvvəlində baş tuta bilər.

İyunun 30-da "Əl Vətən" qəzeti Suriya hökumətindəki mənbəyə istinadən xəbər verib ki, Dəməşq və Ankara ikitərəfli münasibətlərin normallaşdırılmasının müzakirə olunacağı görüş keçirməyə hazırlaşır. Dəməşq danışıqlar məkanına çevrilə bilər.

Bundan əlavə, iddia olunurdu ki, tərəflər Moskvanı danışıqlarda arbitr rolunu oynamağa və mediadan uzaqda ikitərəfli dialoqun aparılacağı masada iştirak etməyə dəvət ediblər.

Poliqon.info