Avstraliyada timsah çayda üzən 12 yaşlı qızı yeyib

Avstraliyanın şimalında timsah çayda çimən 12 yaşlı qıza hücum edib...

Poliqon Bild nəşrinə istinadən xəbər verir ki, 36 saatdan sonra xilasedicilər balaca qızın qalıqlarını çay yatağında tapa biliblər.

Hadisə Darvindən təxminən 350 kilometr cənub-qərbdə yerləşən Nqanmarriyanqa aborigen icmasının yaşadığı yerin yaxınlığında baş verib. Bild yazır ki, uşaq orada ailəsi ilə birlikdə istirahət edirmış.

Polis sözçüsü Erika Gibson bildirib ki, uşağın valideynləri hələ də şokdadırlar və baş verənlərə inana bilmirlər.

Qeyd edilir ki, Avstraliyanın bu bölgəsi şirin su timsahlarının evi hesab olunur. Timsahlar adətən insanlara yalnız təhlükə hiss etdikdə hücum edirlər.

Avstraliya hökumətinin məlumatına görə, ölkənin şimalında 100 mindən çox timsah yaşayır. Avstraliyada ildə orta hesabla iki ölümcül timsah hücumu yaşanır.

Poliqon.info