Polşanın baş naziri Orbana Rusiya ilə bağlı sualla müraciət edib

Polşanın baş naziri Moskvaya səfəri ilə bağlı şayiələr bağlı Macarıstanın baş naziri Viktor Orbana sorğu ünvanlayıb...

Polşanın baş naziri Donald Tusk birbaşa Macarıstan Nazirlər Kabinetinin rəhbəri Viktor Orbandan Moskvaya potensial səfəri barədə sual edib.

Poliqon xəbər verir ki, Donald Tusk X sosial şəbəkəsindəki səhifəsində Orbana müraciətini dərc edib.

“Moskvaya səfərinizlə bağlı şayiələr doğru ola bilməz. Yoxsa doğrudur? Deyə Tusk həmkarına sual edib.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya səfərindən sonra bu gün Moskvaya gedəcəyi ilə bağlı məlumat yayılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya iyulun 5-də baş tuta biləcək səfərini nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, uyulun 2-də Kiyevə etdiyi səfərdən sonra Orban bildirib ki, Budapeşt Ukrayna münaqişəsini davam etdirməyə can atmır və onun həlli üçün fəal işləyir.

Xatırladaq ki, iyulun 2-də Orban Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə səfər edib. Görüş zamanı Moskva və Kiyev arasında sülh danışıqları başlayana qədər atəşin dayandırılmasının mümkünlüyü müzakirə olunub.

Poliqon.info