Rişi Sunak öz dailrəsində qalib gəlib

Baş nazir Rişi Sunak mühafizəkarların məğlubiyyəti fonunda Britaniya parlamentində qalmağı bacarıb...

Böyük Britaniyanın baş naziri Rişi Sunak partiyasının parlament seçkilərində məğlub olmasına baxmayaraq, parlamentdəki yerini qoruyub.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniya Mərkəzi Seçki Komitəsi Şimali Yorkşir ştatının Riçmond dairəsinin səsvermənin nəticələrinə istinadən məlumat yayıb.

Sunak Leyboristlər Partiyasından olan rəqibini geridə qoya bilib. Sunak Mühafizəkarların “qalası” olan Riçmondda seçicilər arasında səs çoxluğu qazanıb. Seçkiqabağı proqnozlar Sunakın qalib gəlmək şansını çox aşağı salırdı.

Bundan əvvəl “The Guardian” qəzeti Britaniya baş nazirinin tərəfdaşları arasında olan mənbələrə istinadən yazıb ki, Rişi Sunak ölkə parlamentindəki yerini itirən ilk Britaniya baş naziri olmaqdan qorxur.

İngiltərənin şimalındakı Richmond, Rishi Sunakın 2019-cu ildə seçicilərin 63%-i ilə seçildiyi seçki dairəsidir.

Poliqon.info