Makronun partiyası Fransa prezidentini kölgəyə çəkilməyə məcbur edib

Emmanuel Makronun partiyası parlament seçkilərinin nəticəsinə liderin mənfi imicinin təsir etdiyini önə sürərək Fransa prezidentini ictimai müstəvidən geri çəkilməyə məcbur edib...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti “Dirçəliş” partiyasının anonim üzvünə istinadən məlumat yayıb.

Maraqlıdır ki, Makronun partoyadaşı öz liderinin şəxsiyyətini iyrənc adlandırırb.

“Ona deriblər ki, dayansın. Amma Makron bizi öz istəyi ilə eşitmədi, sadəcə qulaq asmalı oldu. O, cəmiyyətdə şəxsiyyətinin nə qədər iyrənc göründüyünü lazımınca qiymətləndirmir”, deyə Makronun partiya üzvü bildirib.

Nəşr qeyd edir ki, Makron artıq iki həftədir ki, ictimai sferada yoxdur. Üstəlik, Fransa prezidentinin siması da “Renessans” seçki kampaniyasının bukletlərində yer almayıb.

Xatırladaq ki, Fransada parlament seçkilərinin birinci turunun lideri ifrat sağçı “Milli Birlik” partiyası olub. İkinci yerdə solçu qüvvələrin alyansı, Emmanuel Makronun hakim bloku isə ilk üçlüyü qapayır. Bununla belə, həlledici döyüş iyulun 7-də baş tutacaq ikinci raunddadır.

Poliqon.info