Böyük Britaniyanın müdafiə naziri seçkini uduzub və istefa verəcək

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps parlamentdəki yerini itirib...

Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps ölkədə keçirilən cari parlament seçkiləri zamanı parlamentdəki yerini itirib.

Poliqon xəbər verir ki, bu barədə “Sky News” telekanalı Mərkəzi Seçki Komitəsinin məlumatlarına istinadən məlumat yayıb.

Mühafizəkarlar Partiyasının üzvü olan Şapps öz dairəsində 16 min səs qazanıb, lakin Şappsın rəqibi, Leyboristlər Partiyasının üzvü Endryu Levin, demək olar ki, 20 min səslə inamlı qələbə çalıb.

Qeyd edək ki, Britaniya ptrlamentinə seçkilərin ilkin nəticələrinə görə, Kir Starmerin liderlik etiyi Leyboristlər Partiyasıqalib gəlib.

Ölkənin üç ən böyük televiziya kanalının exit-pollları Britaniyada keçirilən parlament seçkilərində Kir Starmerin rəhbərlik etdiyi Leyboristlərin böyük qələbə çaldığını göstərib.

Qeyri-rəsmi vahid exit-poll məlumatları göstərir ki, Leyboristlər Britaniya parlamentində 410-a qədər səs toplayacaq və beləliklə, rahat səs çoxluğu qazanacaq. Hazırda hakim Mühafizəkarlar Partiyasının mövqeyinin kəskin və əhəmiyyətli dərəcədə pisləşdiyini göstərən parlamentdə cəmi 131 yer qazanacağını gözlənilir.

Poliqon.info