Leyboristlər Böyük Britaniya parlament seçkilərində liderdirlər

Böyük Britaniya parlament seçkilərində səslərin 10%-i sayılıb və Leyboristlər liderlik edir...

Böyük Britaniyada keçirilən parlament seçkilərində səslərin 10%-nin hesablanmasından sonra müxalif Leyboristlər Partiyası liderliyi ələ keçirib.

Poliqon TASS Agentliyinə istinadəb xəbər verir ki, bunu 650 seçki dairəsindən 65-nin məlumatları göstərir.

65 seçki dairəsindən Leyboristlər parlamentə artıq 55 yer qazanıb. Seçilmiş deputatlar arasında partiyanın sədr müavini Ancela Reyner də var. Hazırda hakim Mühafizəkarlar Partiyası cəmi 6 mandata malikdir. Liberal Demokratların lideri Eda Dayvi də daxil olmaqla parlamentdə üç yer qazana bildilər.

Üzr istəməkdən imtina etdiyi kəskin anti-İslam bəyanatlarına görə Mühafizəkarlardan ayrıldıqdan sonra 2024-cü ilin martında partiyaya qoşulan Li Anderson, İngiltərənin “İslahatlar” Partiyasından yenidən İcmalar Palatasına seçildi.

Britaniya parlamentinə seçkilərin ilkin yekun nəticələri 07:00 (Bakı vaxtı ilə 100:00) radələrində məlum olacaq. Səsvermə məntəqələri bağlandıqdan dərhal sonra açıqlanan “exit-poll”un nəticələrinə görə, İcmalar Palatasında 650 yerdən 410-unu qazanaraq Leyboristlərin qalib gələcəyi gözlənilir. 2010-cu ildən ölkəni idarə edən Mühafizəkarların cəmi 131 mandat qazanaraq ciddi məğlubiyyət alacağı şübhə doğurmur.

Leyboristlərin lideri seçicilərə təşəkkür edib.

Poliqon.info