Kürdəmirdəki dəhşətli qəzanın təfərrüatı: "Maşın 15 dəfə fırlanaraq aşdı"

Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin detalları məlum olub...

Hadisə şahidi Nemət Mahmudovun bildirib ki, qəza zamanı arxadakı maşında olub:

"Mən əyləcə basdım, "Toyota Prius" markalı avtomobil isə 15 dəfə fırlanaraq aşdı".

Qeyd edək ki, qəza nəticəsində ölən sərnişin Pakistan vətəndaşı, 1977-ci il təvəllüdlü Xan Kamran Malikdir.

Xəsarət alanlar isə Göygöl sakini, 1991-ci il təvəllüdlü Ayxan Qabil oğlu Cəfərov və Pakistan vətəndaşı, X.K.Malikin həyat yoldaşı Amin Rabia Pakistanidir.

X.K.Malikin meyiti aidiyyəti üzrə təhvil verilib. (Baku TV)

Poliqon.info