Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bakının Xətai rayonunda daha bir obyektin səkidə tikildiyi iddia olunur...

Pravda.az-ın xəbərinə görə, rayonun Neapol küçəsi 5 ünvanında yerləşən tikilinin qeyri-qanuni olduğu bildirilir. 

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Pravda.az-a bildirib ki, obyekt yeni deyil və xüsusi mülkiyyətdədir: "Rayonda abadlıq-quruculuq işləri həyata keçirilərkən sahibkarlara tövsiyə edilir ki, obyektlərini müasir memarlıq üslubuna uyğunlaşdırsınlar. Həmin obyektdə də təmir işləri həyata keçirilib".

Sözügedən ünvandakı tikili barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Aritektura Komitəsindən də bildirilib ki, tikili yeni deyil, xüsusi mülkiyyətdədir. Hazırda orada təmir işləri aparılır.

Xatırlatma: Xətai rayonunun hazırda icra başçısı Rafiq Quluyevdir. O, 1997-ci ildən Xətai Rayon İcra Hakimiyyətində çalışır.

Poliqon.info