Binəqədidə məmurlar bu özbaşınalığı da etdi - Fotolar

Bakıda məmurlar hər kəsi təəccübləndirəcək “yeniliyə” imza atıb
Onlar villanın qarşısına düşən işıq dirəyini çıxararaq başqa bir əraziyə köçürüblər. Bu ilginc hadisə Binəqədidə baş verib. Bu qanunsuzluğa Binəqədi bələdiyyəsi imza atıb...PİA.AZ bildirir ki, bunu virtualaz.org saytına müraciətində Qarabağ müharibəsi veteranı, II qrup əlil Eldəniz Həşimov deyib.E.Həşimov bildirir ki, Binəqədi bələdiyyəsindən 20 sentyabr, 2007-ci il tarixli, 561 saylı qərarla 600 kvadratmetr torpaq sahəsi alıb. Bunun üçün bələdiyyəyə 2400 manat pul da ödəyib. Lakin sonradan həmin ərazidə tikinti apara bilməyib. Səbəb isə ona məxsus olan torpaq sahəsində sonradan işıq dirəyi basdırılması olub.E.Həşimov deyir ki, həmin işıq dirəyi 1 il əvvəl 50 metr məsafədə olan villaların qarşısında idi: “Mənim torpaq sahəmin təxminən 50 metrliyində nəhəng villalar var. Onların 3 metrliyindən yüksək gərginlikli elektrik xətti keçirdi. Həmin villaların sahibləri pul verib elektrik xəttinin yerini dəyişdirdilər. İndi dirəyin basdırıldığı yer mənə məxsus olan torpaq sahəsidir. Bu üzdən halal torpağımda tikinti işi apara bilmirəm. Yüksək gərginlikli elektrik xətlərinin keçdiyi dirək düz həyətimin ortasındadır. Bilmirəm başıma nə çarə qılım”.Bu hadisədən sonra E.Həşimov Binəqədi bələdiyyəsinə müraciət edib. Lakin ona bildiriblər ki, həmin torpaq sahəsi qanunsuzdur və buna görə də torpağa reyestr çıxarışı ala bilmir.Qarabağ veteranı deyir ki, bunun əvəzində ona heç bir kompensasiya, yaxud digər ərazidə torpaq sahəsi təklif edilməyib: “Bələdiyyədən deyirlər ki, nə torpaq veririk, nə də torpağın pulunu. Düz bir ildir ki, süründürürlər. Qəbullara gedirəm, ancaq heç bir tədbir görülmür”.E.Həşimovun sözlərinə görə, üzləşdiyi bu haqsızlığa son qoyulması xahişi ilə prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova, bələdiyyələrlə iş şöbəsinin rəisi Mehdi Səlimzadəyə, ombudsman Elmira Süleymanovaya, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova da müraciət edib, amma hələ də tədbir görülmür.Bələdiyyənin süründürməçiliyindən bezən Qarabağ əlili torpağının qaytarılmayacağı təqdirdə daha kəsin etirazlara əl atacağını deyir.