ŞƏT-ə sədrlik Çinə keçir    

Qazaxıstandan sonra Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik Çinə keçir. Assosiasiyanın növbəti sammiti gələn il Çində keçiriləcək...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın paytaxtında imzalanmış Astana bəyannaməsində qeyd edilib.

Bildirilib ki, ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası 2025-ci ildə Çində keçiriləcək.

Poliqon.info