Azərbaycanın voleybol milliləri Türkiyədəki turnirə qatılacaqlar

Azərbaycanın qadınlardan və kişilərdən ibarət çimərlik voleybolu üzrə milli komandaları Türkiyəyə yola düşüblər...

Poliqon-nun məlumatına görə, hər iki kollektiv Balıkesir şəhərində təşkil olunacaq “Bioderma Pro Beach Tour” açıq çempionatında qüvvələrini sınayacaqlar.

Turnir 5-7 iyulda təşkil ediləcək.

Poliqon.info