Bu gün Zəhra Quliyevanın anım günüdür

Bu gün yaşyarımlıq Zəhra Quliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən yeddi il ötür...

Oxu.Az xatırladır ki, 2017-ci il iyulun 4-də saat 21 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Zəhra Quliyeva 2016-cı ildə Füzuli rayonunun Alxanlı qəsəbəsində anadan olub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyeva qətlə yetiriliblər. Eyni zamanda, atəş nəticəsində rayon sakini, 1965-ci il təvəllüdlü Sərvinaz İltifat qızı Quliyeva yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

Zəhranın ölümündən sonra sosial şəbəkələrdə geniş "I am Zahra" aksiyası keçirilib, onun faciəsi ilə bağlı kitablar yazılıb.

Poliqon.info