Markesin gizli vəzifəsi var imiş...

Bu ilin aprelində vəfat edən Nobel laureatlı yazıçı Qabriel Qarsiya Markesin gizli vəzifəsi olub
Markesin 90-cı illərdə Kuba və ABŞ arasında soyuqluğu aradan qaldırmaq üçün vasitəçilik edib. Amerikalı jurnalistlər Vilyam Qrande ilə Peter Kornbluhun “Kuba kanalına dönüş” adlı kitabında Markesin bu istiqamətdə fəaliyyətinə geniş yer verilib. Kolumbiyalı yazıçı Markes 1994-cü ildə xüsusi təyyarə ilə ABŞ-a gələrək Klintonla görüşüb. Həyatı boyu sosializm ideologiyasına sadiq qalan Markes 1994-1998 illərdə ABŞ prezidenti Bill Klinton ilə yaxın dostu Kuba prezidenti Fidel Kastro arasında vasitəçilik edib. Markesin bu vəzifəsi uzun illər ictimaiyyətdən gizlədilib. Xatırladaq ki, 1994-cü ildə 72 kubalının boğularıq ölməsi və ABŞ-ın bunu gördüyü halda kömək etməməsi iki ölkə arasında gərginliyə səbəb olub. Fidel Kastro isə buna qarşılıq olaraq ABŞ ilə sərhədləri açıb və nəticədə minlərlə kubalı Amerikaya axın edib. Klinton bundan sonra kubalı qaçqınların həbs edilməsi qərarını verib. Nəticədə 32 mindən çox kubalı tutularaq Quantanamo həbsxanasına göndərilib.(axar.az)